Bakıda yol qəzası baş verib: ölənlər və yaralananlar var

Bakıda yol qəzası baş verib: ölənlər və yaralananlar var
00:37 26 May 2017
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 may. REPORT.AZ/ Bakının Qaradağ rayonunda iki nəfərin ölümü və daha 2 nəfərin xəsarət alması ilə nəticələnmiş ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Lökbatan dairəsi yaxınlığında qeydə alınıb.
Belə ki, "VAZ-2107" markalı avtomobillə Dövlət Sərhəd Qoşunlarına məxsus kiçik tutumlu avtobus toqquşub. Nəticədə "VAZ 2107"-dəki sərnişinlərədən biri hadisə yerindəcə ölüb.
Qəza zamanı habelə 3 nəfər - 1989-cu il təvəllüdlü Məhmədov Cəlal Cəfərağa oğlu, 1987-ci il təvəllüdlü Musayev Elçin Adil oğlu və 1981-ci il təvəllüdlü Paşayev Rüfət İdris oğlu ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilən Rüfət Paşayev ilkin tibbi yardım zamanı dünyasını dəyişib.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində araşdırmalara başlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/ernebakida-yol-qezasi-bas-verib-olenler-ve-yaralananlar-varfn

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR