46 yaşlı kişi özünə protez əl düzəltdi - FOTOLAR

46 yaşlı kişi özünə protez əl düzəltdi - FOTOLAR
00:43 26 May 2017
285 Digər
Ölkə mətbuatı
A- A+

İstifadə etdiyi protezdən məmnun qalmayan Tayvan sakini özünə və balaca qıza protez əl düzəldib.

Publika.az xəbər verir ki, 46 yaşlı Tayvan vətəndaşı Çen Hsien-Liang sosial şəbəkələrdə protezlərlə bağlı çox sayda videolar izləyərək özünə protez əl düzəldib.

Keçirdiyi ağır yol nəqliyyat qəzasında sağ əlini itirən Çen istifadə etdiyi protezin narahat olduğunu deyib. İstədiyi protezi almağa isə onun maddi imkanı olmadığından belə qərara gəlib ki, protezi özü düzəltsin.

3D təzyiq texnologiyasını eşidən Çen bu texnologiyanı öyrənməyə başlayıb. Heç bir tibbi təhsili olmayan Çen bir neçə cəhddən sonra 4 min dollara protez qol düzəldib.

İşi uğurla başa vuran Çen daha sonra ağır qəzada barmaqlarını itirən 9 yaşlı Ancela Penqə yardım etməyə qərar verib. Balaca Ancelanın ən böyük arzusu protez əli hazır olduqdan sonra velosiped sürə bilməkdir.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/200200.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR