Qorxuducu xəritə:

Bu günə qədər 30-dan çox ölkəni qana bulayan İŞİD terror qruplaşması siyahısına İngiltərə və Filippini də əlavə edib.

Metbuat.az-ın məlumatına görə, İŞİD-in terror həyata keçirdiyi ölkələrin xəritəsi hazırlanıb. Sözügedən terror təşkilatı təkcə son 3 gün ərzində İngiltərə, Filippin və İndoneziyanı qana bulayıb.

Daha öncə xəbər verdiyimiz kimi, İngiltərədə "Mançester Arena"da baş verən partlayışa görə İŞİD məsuliyyəti öz üzərinə götürüb. Bununla yanaşı, təşkilata bağlı bir qruplaşma Filippində Mindanao adasını ələ keçirib. Filippinin qonşusu İndoneziyada törədilən partlayışda isə 3 polis əməkdaşı dünyasını dəyişib.

CNN telekanalının araşdırmasına görə, İŞİD-in indiyə kimi 5 qitədə həyata keçirdiyi terror aktları nəticəsində ümumilikdə 2 mindən çox insan həlak olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR