Jurnalisti döyən siyasətçi azadlıqdan məhrum edilə bilər

"The Guardian" jurnalisti Ben Ceykobsa hücum edən respublikaçı Qreq Cayanforta qarşı ittiham irəli sürülüb.

Metbuat.az bildirir ki, hadisə Cayanfortun Montanadakı mənzil-qərargahında baş verib. Ceykobsun suallarından yayınan 56 yaşlı siyasətçi jurnalistin üzərinə hücum edərək, onu yerə yıxıb və zərbələr endirib.

Hadisənin şahidi olan bir digər jurnalist Alisiya Akuna baş verənlərin həqiqəti əks etdirdiyini deyib.

Qreq Cayanforta qarşı yüngül bədən xəsarətləri yetirmək ittihamı irəli sürülüb. Onun altı ay müddətinə azadlıqdan məhrum edilməsi gündəmdədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR