"Volfsburq" Bundesliqada qalmaq uğrunda ilk qələbəsini qazandı

Yeni mövsümdən etibarən Almaniya Bundesliqasında çıxış edəcək üçüncü komandanı müəyyənləşdirmək məqsədi daşıyan pley-offa start verilib.

Metbuat.az-ın məlumatına görə, "Volfsburq" Braunşveyq "Ayntraxt"ını qəbul edib.

35-ci dəqiqədə rəqib qapısına təyin edilən penaltini dəqiq yerinə yetirən Mario Qomezin qolu matçda yeganə olub. Beləliklə, "Volfsburq" ilk oyundan 1:0 hesabı ilə qalib ayrılıb.

Bundesliqa, pley-off

"Volfsburq" - "Ayntraxt" (Braunşveyq) - 1:0

Qol: Qomez, 35 (pen.)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR