Gürcüstanın Gəncədəki baş konsulu: “Bu il Bakı-Tiblisi-Kars dəmiryolu xəttinin çəkilişi başa çatacaq”

Gürcüstanın Gəncədəki baş konsulu: “Bu il Bakı-Tiblisi-Kars dəmiryolu xəttinin çəkilişi başa çatacaq”
02:07 26 May 2017
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə. 26 may. REPORT.AZ/ Bakı-Tiblisi-Kars dəmiryolu xətti kimi layihələr təkcə Azərbaycanla Gürcüstana yox, həmçinin regionun digər ölkələrinə də iqtisadi cəhətdən böyük səmərə verəcək.”
"Report"un Qərb bürosunun məlumatına görə, bu fikirləri jurnalislərə müsahibəsində Gürcüstanın Gəncədəki baş konsulu Mamuka Balavadze bildirib. M.Balavadze deyib ki, Gürcüstan və Azərbaycan arasında diplomatik əlaqələrinin 25 illiyi hər iki ölkənin iqtisadi inkişafına müsbət təsir etdiyi kimi, regionun digər ölkələrinə də iqtisadi səmərə verir. Enerji və nəqliyyat sahələrində edilən əməkdaşlıq da ölkələrimiz arasında mühüm iqtisadi rol oynayır:
“Bu il Bakı-Tiblisi-Kars dəmiryolu xəttinin çəkilməsi layihəsi başa çatacaq. Qarşılıqlı inam və hörmət nəticəsində ölkələrimiz ən yüksək səviyyəyə çatıb, müxtəlf istiqamətlərdə aktiv əməkdaşlığımız ikitərəfli, həmçinin müxtəlif yollarla beynəlxalq təşkilatlar çərçivəsində davam etdirilir”.
Ölkələri birləşdirən ortaq problemlərdən də bəhs edən M.Balavadze onu da bildirib ki, həll olunmamış məsələlərin aradan qaldırılması üçün əməkdaşlıq və qarşılıqlı yardımın olması vacibdir.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/gurcustanin-gencedeki-bas-konsulu-bu-il-baki-tiblisi-kars-demiryolu-xettinin-cekilisi-basa-catacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR