Elmar Vəliyev: “Gürcüstana ən çox sərmayə yatıran ölkə Azərbaycandır”

Elmar Vəliyev: “Gürcüstana ən çox sərmayə yatıran ölkə Azərbaycandır”
03:17 26 May 2017
198 Dünya
Ölkə mətbuatı
A- A+

Gəncə. 26 may. REPORT.AZ/ Gürcüstana ən çox sərmayə yatıran ölkə Azərbaycandır.
"Report"un Qərb bürosunun məlumatına görə, bu fikirləri Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Gürcüstanın Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə bildirib.
Gürcüstanın Müstəqillik Günü münasibəti ilə Gəncə şəhərində keçirilən tədbirdə çıxış edən icra başçısı qeyd edib ki, iki ölkə arasında olan iqtisadi əməkdaşlıq hər iki dövlət üçün əhəmiyət kəsb edir. Bu, hər iki ölkənin bir-birinə yüksək inamından və aralarındakı qədim dostluqdan irəli gəlir.
E.Vəliyev onu da bildirib ki, regional əhəmiyyətli layihələr gələcəkdə ölkələr arasında münasibətləri daha da möhkəmləndirəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/region/elmar-veliyev-gurcustana-en-cox-sermaye-yatiran-olke-azerbaycandir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR