91 məhbus həbsxanadan qaçdı

91 məhbus həbsxanadan qaçdı
04:48 26 May 2017
138 Dünya
Ölkə mətbuatı
A- A+

Braziliyanın Riu-Qrande-du-Norti ştatında 91 məhbus həbsxanadan qaçıb.

Trend-in məlumatına görə, məhbuslar sübh tezdən 30-40 metr uzunluğunda tunel vasitəsilə qaçıblar. Mühafizəçilərin diqqətini yayındırmaq üçün digər məhbuslar həbsxanada iğtişaşlar yaradıblar.

Təhlükəsizlik qüvvələri qaçan məhbusların axtarışı üçün 36 şəhərdə əməliyyatlar keçirir. Qaçan məhbusların 8-i artıq tutulub.

Qeyd edək ki, bu ilin yanvar ayında eyni həbsxanadan 14 məhbus qaçıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/200205.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR