Şəmkirdə at gənc oğlana ağır xəsarət yetirib

Şəmkirdə at gənc oğlana ağır xəsarət yetirib
05:42 26 May 2017
161 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 may. REPORT.AZ/ Şəmkir rayonunda at gənc oğlana ağır xəsarət yetirib.
"Report" xəbər verir ki, hadisə rayonun Sabirkənd kəndində baş verib.
Belə ki, 28 yaşlı Hüseynov Elçin Rafiz oğlu ata yem verərkən at ona təpik vurub. Nəticədə E.Hüseynov üz nahiyəsindən ağır xəsarət alıb.
Yaralıya ilk tibbi yardım Şəmkir rayonundakı xəstəxanada göstərilib. Lakin E.Hüseynovun zədəsi ağır olduğundan o, daha sonra Bakıdakı xəstəxanalardan birinə gətirilərək reanimasiya şöbəsinə yerləşdirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/semkirde-at-genc-oglana-agir-xesaret-yetirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR