Cəmi 4 ərzaqla hazırlanan tort - ASAN RESEPT

Cəmi 4 ərzaqla hazırlanan tort - ASAN RESEPT
07:05 26 May 2017
193 Ölkə
Ölkə mətbuatı
A- A+

Sadəcə 4 ərzaqla və əziyyət çəkmədən tort bişirmək fikrinə necə baxırsınız? Qəfildən evə qonağınız gəlsə, ya da ürəyinizə şirniyyat düşsə, əl altında olan ərzaqlarla ən az 10 dəqiqəyə ləzzətli şirniyyat hazırlamaq mümkündür. Milli.Az-ın ailem.az-a istinadən təqdim etdiyi bu reseptlə sadəcə 10 dəqiqəyə ağız dadınıza uyğun ləzzətli tort hazırlaya bilərsiniz.

Bişirməyə ehtiyac yoxdur, sadəcə hazırla və ye!
 
Ərzaqlar:
 
Bir paket yulaflı peçenye
75 qram kərə yağı
200 qr südlü və ya qara şokolad
4 xörək qaşığı fıstıq əzməsi
 
Hazırlanması:
 
İlk olaraq peçenyeni blendrdan keçirin. Daha sonra başqa qabda əritdiyiniz kərə yağını və 2 xörək qaşığı fıstıq əzməsini də biskvitlərin içinə qataraq yaxşıca qarışdırın.

Sonra bir qabın içinə bişirmə kağızını yerləşdirin. Üzərinə hazırlamış olduğunuz qarışımı töküb yaxşıca yayın.

Daha sonra ayrı bir qazanın içində şokoladları və 1 xörək qaşığı fıstıq əzməsini əridin.

Ərimiş fıstıq əzməsini qabdakı qarışımın üzərinə yaxşıca yayın.

Ayrı bir qabda qalan fıstıq əzməsini də əridin.

Sonra fıstıq əzməsini də qarışımın üzərinə sürtüb qaşıqla şəkillər yarada bilərsiniz.

Süfrəyə vermədən əvvəl 1 saat soyuducuda saxlayın. Ondan sonra istədiyiniz zaman yeyə bilərsiniz. Nuş olsun!

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/547821.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR