Viqan şəhərində sapyorların iştirakı ilə polis əməliyyatı keçirildi

Viqan şəhərində sapyorların iştirakı ilə polis əməliyyatı keçirildi
07:42 26 May 2017
81 Dünya
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın Viqan şəhərində sapyorların iştirakı ilə polis əməliyyatı keçirildi.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Viqanın qəsəbələrindən birinə 2 polis mikroavtobusu gəlib. Şəhərin üzərində helikopterlər uçur.

Qeyd edək ki, mayın 22-də "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib. Hadisə nəticəsində 12-si uşaq olmaqla 22 nəfər ölüb, 75 nəfər xəsarət alıb.

İŞİD terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/548393.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR