Yəməndə baş vermiş döyüşlər zamanı 38 nəfər həlak olub

Yəməndə baş vermiş döyüşlər zamanı 38 nəfər həlak olub
07:47 26 May 2017
67 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 may. REPORT.AZ/ Yəmənin Taiz vilayətində hökumət qüvvələri ilə "Ənsərullah" və devrilmiş prezident Əli Abdulla Salehin tərəfdarları ilə baş vermiş son döyüşlər zamanı 38 nəfər həlak olub.
"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyinə hökumət qüvvələrinin regiondakı nümayəndəsi, polkovnik Mənsur əl-Həssani xəbər verib.
O, bildirib ki, öldürülənlərdən 6-ı hərbçilərdir. Bundan əlavə, döyüşlər zamanı 27-i hərbçi olmaqla, onlarla insan yaralanıb.
"Hökumətyönlü qüvvələr Taizdə Tibb İnstitutunun korpusu üzərində nəzarət tətbiq ediblər. Hazırda toqquşmalar məktəbin ərazisində, prezident sarayının yaxınlığında davam etdirilir. Salehin tərəfdarları və husilər iqtidaryönlü qüvvələrin mövqelərini raket-artilleriya atəşinə tutur", - deyə polkovnik qeyd edib.
Hərbçi qeyd edib ki, Taizin daha 5 sakini husilərin terror aktının qurbanı olub. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası da öz növbəsində husilərin Taizin qərbindəki Mehban rayonundakı obyektlərinə hava zərbələri endirib. Nəticədə 2 nəqliyyat vasitəsi məhv edilib.
Yəməndə hökumət qüvvələri ilə husilər, Salehin tərəfdarları arasında silahlı toqquşmalar ölkənin müxtəlif regionlarında 2 ildən çoxdur davam edir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/yemende-bas-vermis-doyusler-zamani-38-nefer-helak-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR