Deputat: İslamiada xalqımızın, qonaqların yaddaşına gözəl xatirə kimi həkk olundu

Deputat: İslamiada xalqımızın, qonaqların yaddaşına gözəl xatirə kimi həkk olundu
08:08 26 May 2017
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

IV İslam Həmrəyliyi Oyunları istər xalqımızın, istərsə də ölkəmizə gələn xarici qonaqların yaddaşına gözəl xatirə kimi həkk olundu.

Bunu Trend-ə Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Adil Əliyev deyib.

Deputat hesab edir ki, IV İslam Həmrəyliyi Oyunlarının məhz ölkəmizdə keçirilməsi heç də təsadüfi deyil: "Çünki, Azərbaycandakı əmin-amanlıq, inkişaf, qonaqpərvərlik nəinki idman yarışlarına, həmçinin siyasi, mədəni tədbirlərə də ev sahibliyi etməyimizə zəmin yaradır. İslam Həmrəyliyi Oyunları ölkəmiz tərəfindən yüksək səviyyədə təşkil olundu və bu, şanlı tariximizdə yeni bir səhifə açdı".

A.Əliyev qeyd edib ki, dünyada İslam ölkələrinə qarşı təzyiqlərin, təhdidlərin olduğu bir zamanda həmrəylik nümayiş etdirən dövlətimizin İslam ölkələrinə qucaq açması dünyaya bir ismarıc oldu. Bununla Azərbaycanın multikultural, tolerant, sülhsevər, ikitərəfli və çoxtərəfli əməkdaşlıqlara açıq dövlət olduğu bir daha sübut edildi: "Əslində Azərbaycan bu dəyərlərin daşıyıcısı olduğunu tarixən sübut etmişdi, lakin bu oyunlarla islami dəyərlərə söykənən həyat tərzinin davam etdirildiyini bir daha bəyan etdi".

A.Əliyevin sözlərinə görə, ölkəmizə bir dəfə gələn, buranın adət-ənənələri ilə tanış olan, gözəlliklərini duyan hər bir xarici qonaq yenə də Azərbaycana gəlmək istəyir və mötəbər yarışların burada keçirilməsini təqdirəlayiq hesab edir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2759230.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR