Mançester polisi terror aktında şübhəli bilinən 10-cu adamı saxlayıb

Mançester polisi terror aktında şübhəli bilinən 10-cu adamı saxlayıb
08:37 26 May 2017
36 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 may. REPORT.AZ/ Mançester polisi stadionda baş vermiş terror aktında şübhəli bilinən 10-cu adamı saxlaması barədə "Twitter"də xəbər yayıb.
"Report"un məlumatına görə, həmin şəxs Moss-Sayd zonasında saxlanılıb.
"Bu gün səhər biz Moss-Sayd zonasında bir kişini saxladıq. Bu, "Mençester arena"dakı hücumla bağlıdır" – deyə xəbərdə bildirilir.
Polisdən bildirilib ki, təhqiqatın gedişində 10 nəfər saxlanılıb. Lakin onlardan ikisi – kişi və qadın ittiham elan edilmədən buraxılıb. Hazırda 8 nəfər həbsdədir.
Dünən polisin Mançesterdəki terror aktı ilə əlaqədar 8-ci şübhəlini saxladığı bildirilirdi.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/mancester-polisi-terror-aktinda-subheli-bilinen-10-cu-adami-saxlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR