Azərbaycan Mərkəzi Bankı kotirovka sorğusu keçirir

Azərbaycan Mərkəzi Bankı kotirovka sorğusu keçirir
09:07 26 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 26 may. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı əsas inzibati binasının həyətyanı sahəsində asfalt örtüyünün salınması (1), binada kovrolit örtüyünün mexaniki üsulla sulu-kimyəvi təmizlənməsi (2) və qurumun adına daxil olan, adından göndərilən malların gömrük rəsmiləşdirilməsinin aparılması və təyin edilmiş ünvana çatdırılması (3) xidmətlərinin satın alınması məqsədi ilə kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, sorğuda iştirak haqqə 1-ci məsələ üçün 20 manat, 2 və 3-cü məsələ üçün isə 10 manatdır.
İddiaçılar təkliflərini iyunun 6-na qədər AMB-nin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən inzibati binasında təqdim etməlidirlər. Əlaqələndirici şəxs Ramin İskəndərovdur.
Təkliflərə iyunun 7-də, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-merkezi-banki-kotirovka-sorgusu-kecirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR