Bakı sakini qonşusu tərəfindən döyülərək xəsarət alıb

Bakı sakini qonşusu tərəfindən döyülərək xəsarət alıb
09:07 26 May 2017
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 may. REPORT.AZ/ Bakıda döyülmə hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.
Belə ki, Qobustan qəsəbəsində 1982-ci il təvəllüdlü Niftəliyev Elmar Zümrüdpaşa oğlu qonşusu (hələlik adı açıqlanmır) tərəfindən döyülüb. Nəticədə o, bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/baki-sakini-qonsusu-terefinden-doyulerek-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR