Azərbaycan klubu “Dinamo” ilə qarşılaşacaq

Azərbaycan klubu “Dinamo” ilə qarşılaşacaq
09:22 26 May 2017
88 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ"nin 11 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə çıxış edəcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "qırmızı-qaralar" Gürcüstanın paytaxtı Tbilisidə təşkil edilən Nodar Axalkatsinin xatirəsinə həsr olunan turnirdə qüvvəsini sınayacaq.

Mayın 26-dan iyunun 2-dək keçiriləcək yarış Tbilisi "Dinamo"sunun akademiyasının meydançasında baş tutacaq.
 
Namiq Əliyevin baş məşqçisi olduğu komanda qrup mərhələsində Gürcüstan təmsilçiləri ilə görüşəcək. Mayın 27-də "Dinamo" ilə üz-üzə gələcək "qırmızı-qaralar" ertəsi gün "Saburtalo", ayın 29-da isə "Telavi" ilə qarşılaşacaq.
 
"Qəbələ" Gürcüstandakı turnirə 16 futbolçu ilə yollanıb. Heyətdə İslam Əbduləzizov, Əli Tahirov, Ceyhun Bağırzadə, Həsən Nəzərli, Samid Əhmədov, Ziya Şəkərxanov, Əhməd Məmmədov, Asim Əlicanov, Nurlan Ağabəyov, Mahir Mehdiyev, İlkin Budaqov, Murad Abdullayev, Cümə Hüseynov, Elnur Mustafayev, Sənan Məsimov və Samir Musayev yer alıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/548414.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR