Nişanlısı ilə axşam gəzintisinə çıxan Fahriye Evcenin yaz stili – FOTOLAR

Nişanlısı ilə axşam gəzintisinə çıxan Fahriye Evcenin yaz stili – FOTOLAR
09:53 26 May 2017
166 Şou
Ölkə mətbuatı
A- A+

Kann Fil Festivalından qayıdan aktrisa Fahriye Evcen nişanlısı Burak Özçibvitlə axşam gəzintisinə çıxıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, paparatsilərin kameralarına tuş gələn cütlük jurnalistlərin suallarını cavablandırıb. Sevgilisi ilə görüşə sadə cins, açıq rəngli dəri gödəkcə və mavi basonojka geyinən F.Evcen bildirib ki, festivalla bağlı daim Burakla məsləhətləşib. Aktrisa türkiyəli ulduzların dünya miqayasıda tanınmadığını etiraf edib.

Burak Özçivit isə toy hazırlıqlarının yaxşı getidyini və sevdiyi qadına görə, hər kəsi qarşısına almağa hazır olduğunu vurğulayıb.

Xatırladaq ki, Fahriye Evcen 70-ci Kann Film Festivalı çərçivəsində "The Meyerowitz Stories" filminin nümayişinə qatılıb. Qırmızı xalçada xarici fotoqraflar tərəfindən maraqla qarşılanmasa da, “Georges Hobeika” moda evindən olan dərin dekolteli libası ilə göz oxşamışdı.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/200219.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR