​Sabahdan müqəddəs Ramazan ayı başlayır

May ayının 27-dən Azərbaycanda müqəddəs Ramazan ayı başlayır.

Metbuat.az bildirir ki, Ramazan ayının ilk Qədr gecəsi (əhya) iyunun 13-də olacaq. Növbəti Qədr gecələri isə iyunun 15-nə, 17-nə, sonuncusu isə 21-nə təsadüf edəcək. Ramazan bayramı isə iyunun 26-da qeyd olunacaq.

Qeyd edək ki, İslam dinində "Quran-i-Kərim"in yer üzünə nazil olduğunun düşünüldüyü günlər "Qədir gecəsi" adlandırılır.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təqviminə görə, mayın 27-də orucluq səhər saat 03:19-da başlayır, 20:17-də isə başa çatır.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR