"Qaçan daşlar"la dolu "Ölüm dərəsi"

ABŞ-ın Kaliforniya ştatında yerləşən “Ölüm dərəsi” Şimali Amerikada dəniz səviyyəsindən ən aşağı (-86 m) olan yerdir.

Metbuat.az xəbər verir ki, ən quraq və ən yüksək hava temperaturunun qeydə alındığı səhra böyük, hamar, heç bir həyat şərtləri olmayan gilli yayla şəklindədir.

Səhranın bəzi yerlərində ilk baxışdan adi görünən, futbol topu ölçüsündə, ton yarıma qədər çəkisi olan qaya parçaları var. Bu daşlar uzun illərdir məlum olmayan səbəbdən səhrada iz qoyaraq hərəkət edirlər. Maraqlısı isə odur ki, daşlar müxtəlif istiqamətlərdə hərəkət edərək, heç vaxt bir-biri ilə toqquşmur. "Ölüm dərəsi"ndə baş verən bu müəmmalı hadisənin üzərində uzun illər aparılan araşdırmalar heç bir nəticə verməyib. İlkin variant kimi külək göstərilsə də, Ölüm dərəsində heç vaxt bu daşları hərəkət etdirə biləcək səviyyədə külək qeydə alınmayıb.

Vadidə yağış nadir hallarda yağdığından, izlər bəzən 7 ilədək qalır. 1950-ci ildən müşahidə olunan "qaçan daşlar"a elm hələ ki, izah verə bilmir.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR