Bakıda DYP avtomobili qəzaya düşdü

Bakı-Ələt yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Dövlət Yol Polisinə (DYP) məxsus 99-YP-851 dövlət nömrə nişanlı xidməti avtomobillə “Mercedes” markalı avtomobil toqquşub.

Hadisə nəticəsində DYP avtomobilinə küllü miqdarda zərər dəyib. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb DYP avtomobilinin sürət həddini aşaraq “Mercedes” markalı avtomobili qovması olub.

Nəticədə “Mercedes” markalı avtomobil idarəetməni itirərək DYP avtomobilinə çırpılıb. Hadisə nəticəsində hər iki sürücü müxtəlif növ bədən xəsarətləri alıb. //Azxeber.com



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR