“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri bir gün işləməyəcək

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri bir gün işləməyəcək
10:17 26 May 2017
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 may. REPORT.AZ/ Respublika günü münasibətilə “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzləri mayın 28-də işləməyəcək. 
Bu barədə “Report”a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.
Məlumata görə, mayın 29-dan etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
Qeyd edək ki, hazırda 11 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ və Masallıdadır.
Bununla yanaşı, Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir. 

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/asan-xidmet-ve-asan-kommunal-merkezleri-bir-gun-islemeyecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR