ABŞ prezidenti Donald Tramp Facebook-dakı rəsmi səhifəsində dövlət başçısı seçiləndən sonra ilk xarici turnesinin marşrutunu xəritədə qeyd edib.
Milli.Az bildirir ki, o, marşrutda Korsika adasının İtaliya ərazisi kimi göstərib. Halbuki, Korsika Fransanın adası, regionudur.
Tramp xəritəni bu sözlərlə müşayiət edib: "Qarşıda maraqlı səyahət var: Amerikanın döndüyünü dünyaya göstərəcəyəm".
D.Tramp turne çərçivəsində Səudiyyə Ərəbistanı, İsrail və Vatikanda olub.
Ekspertlər isə bu səhvin təsadüfi olmadığını vurğulayırlar.
Korsika adasında separatizm meylləri çox güclüdür.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində