Xaçmazda qaz balonu partladı: yaralananlar var

Xaçmazda qaz balonu partladı: yaralananlar var
10:32 26 May 2017
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Xaçmaz rayonunda qaz balonu partlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun Yergüc kənd sakinləri - 1975-ci il təvəllüdlü Orucova Gülnarə Şahlar qızı və 1957-ci il təvəllüdlü Abdullayeva Şamama Məhəmməd qızı həyətyanı sahədə təndir çörəyi bişirərkən qaz balonunun partlaması nəticəsində xəsarət alıblar.

Hər iki şəxs Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, ilkin tibbi yardımdan sonra onlar Bakıya göndərilib.
Fakt araşdırılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/548459.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR