Azərbaycanda bağlanan bankların qorunan əmanətçilərinə 733 mln. manat kompensasiya ödənilib

Azərbaycanda bağlanan bankların qorunan əmanətçilərinə 733 mln. manat kompensasiya ödənilib
10:32 26 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 26 may. REPORT.AZ/ Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən sığorta hadisəsi baş vermiş bankların qorunan əmanətçilərinə 733,318 mln. manatdan artıq kompensasiya ödənilib.
"Report" bu barədə Fonda istinadən xəbər verir.
Fond tərəfindən “Parabank” ASC-nin qorunan əmanətçilərinə 43,218 mln. manat (ümumi kompensasiya öhdəliyinin 98,5%-i), “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 58,229 mln. manat (80%), “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27,771 mln. manat (99,9%) və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə 3,087 mln. manatdan (98,7%) artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 132,305 mln. manatdan artıq kompensasiya ödənilib.
"Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14,35 mln. manat (98,2%), “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 2,004 mln. manatdan (96%) artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 16,354 mln. manatdan artıq kompensasiya ödənişi edilib.
“Bank Standard”ın qorunan əmanətçilərinə 437,346 mln. manatdan artıq kompensasiya verilib. Belə ki, ümumi kompensasiya öhdəliyinin 99,1%-i əmanətçilərə ödənilib.
“United Credit Bank” ASC-nin qorunan əmanətçilərinə 1,743 mln. manatdan artıq kompensasiya (83%) ödənilib. 
Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 illik müddət yanvarın 27-də başa çatıb və bu tarixədək Bankın qorunan əmanətçilərinə 24,161 mln. manat (97%) kompensasiya ödənilib.
Ləğv prosesində olan “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 illik müddət fevralın 4-də başa çatıb və bu tarixədək “Gəncəbank”ın qorunan əmanətçilərinə 976,44 min manat (94%) kompensasiya ödənilib.
Ləğv prosesində olan “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 illik müddət fevralın 12-də başa çatıb və hmin vaxta kimi Bankın qorunan əmanətçilərinə 120,433  mln. manatdan artıq (98,2%) kompensasiya verilib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-baglanan-banklarin-qorunan-emanetcilerine-733-mln-manat-kompensasiya-odenilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR