Bakıda qonşular arasında dava: 35 yaşlı kişi xəstəxanalıq oldu

Bakıda qonşular arasında dava: 35 yaşlı kişi xəstəxanalıq oldu
10:32 26 May 2017
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda qonşular arasında dava tərəflərdən birinin xəstəxanaya yerləşdirilməsi ilə nəticələnib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, Qobustan qəsəbəsində 1982-ci il təvəllüdlü Niftəliyev Elmar Zümrüdpaşa oğlu qonşusu (hələlik adı açıqlanmır) tərəfindən döyülüb. Nəticədə o, bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/548455.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR