Federal Təhqiqatlar Bürosu Trampın kürəkəni ilə bağlı araşdırmaya başladı

Federal Təhqiqatlar Bürosu Trampın kürəkəni ilə bağlı araşdırmaya başladı
10:36 26 May 2017
32 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Federal Təhqiqatlar Bürosu ABŞ prezidenti Donald Trampın baş müşaviri və kürəkəni Cared Kuşnerlə bağlı araşdırmaya başlayır. Trend-in məlumatına görə, təhqiqat Amerika liderinin köməkçisinin Rusiya nümayəndələri ilə əlaqəsi ehtimalı ətrafında aparılır.

Bununla belə, qeyd olunur ki, onun haqqında hər hansı cinayət işi açılması və ya digər cəza tədbirləri nəzərdə tutulmur. Araşdırma sadəcə C.Kuşnerdə təhqiqat üçün faydalı informasiyaların öyrənilməsi məqsədilə aparılır.

Qeyd edək ki, C.Kuşner D.Trampın qızı İvanka Trampın həyat yoldaşıdır.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2759402.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR