Xarici kreditorlar ABB-nin restrukturizasiya planını rədd ediblər

Xarici kreditorlar ABB-nin restrukturizasiya planını rədd ediblər
10:37 26 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 26 may. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici kreditorları Bankın 3,3 mlrd. ABŞ dolları həcmində olan borcunun restrukturizasiyası ilə bağlı onlara təklif edilən planı bloklamaq üçün addımlar atırlar. "Report"un "Finanz.ru" saytına istinadən verdiyi xəbərə görə, xarici kreditorlar qeyd edirlər ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) ABB-dəki depozitlərinin restrukturizasiya planına daxil edilməsi nəticəsində onların yekunda qərarda səslərini zəiflədib.
"ABB-nin Londondakı iclasda təqdimatı kreditorların hiddətinə səbəb olub. Dövlət tərəfindən nəzarət olunan ARDNF-in restrukturizasiya planına daxil edilməsi Banka səslərin təxminən 1/3-ni təmin edir. Nəticədə, xarici investorların plana qarşı çıxmaq şansı azalır", - deyə məlumat mənbəyi qeyd edir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/xarici-kreditorlar-abb-nin-restrukturizasiya-planini-redd-edibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR