Azərbaycan "13-cü Türk Dünyası Uşaqları Səs Yarışması"nda iştirak edib

Azərbaycan "13-cü Türk Dünyası Uşaqları Səs Yarışması"nda iştirak edib
10:42 26 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 26 may. REPORT.AZ/ Azərbaycan 22-ci Türk Dünyası Uşaq Mərasimi çərçivəsində təşkil olunan "13-cü Türk Dünyası Uşaqları Səs Yarışması"nda iştirak edib.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, Türk Dünyası Araşdırmalar Vəqfi tərəfindən həyata keçirilən yarışmanın məqsədi türk birliyində yaşayan uşaqların Türkiyəni və bir-birlərini tanıması olub.
Əfqanıstan, Azərbaycan, Qırğızıstan, Tatarıstan, Makedoniya, Kosovo, Şərqi Türkistan, Ahıska türkləri, Bolqarıstan, Krım türkləri başda olmaq üzrə dünyanın dörd bir yanından gəlib seçmələrdə iştirak edən uşaqlardan 10 uşaq finalda çıxış edə bilib.
Yarışmada Azərbaycanı təmsil edən "Həzrə" qrupundan Emin Məmmədov "Evləri var xana xana" mahnısıyla üçüncü olub.
Birinci yerə Tatarıstan Sarman şəhərindən iştirak edən "Umırzaya" qrupundan Rania Zaripova "Kondrak Bolınnarı" mahnısı, ikinci yerə isə Moldovaya bağlı Gagauz Muxtar Yeri Komrat şəhərindən iştirak edən Anna Daragu "Ana Yerim" mahnısı layiq görülüb.



Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/azerbaycan-13-cu-turk-dunyasi-usaqlari-ses-yarismasinda-istirak-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR