İnsan başından top kimi istifadə edən, xoruzu qurban kəsən, çəpgözlüyü sevən xalq - FOTO

İnsan başından top kimi istifadə edən, xoruzu qurban kəsən, çəpgözlüyü sevən xalq - FOTO
10:48 26 May 2017
84 Digər
Ölkə mətbuatı
A- A+

Maya xalqı Mərkəzi Amerikada məskunlaşmış və dövrünü qabaqlamış qədim sivilizasiyadır. Bu qövm əlifbası, incəsənəti, arxitekturası, riyaziyyatı və astronomik sistemi ilə tanınır. Mayalılar daş binalar tikirdilər, onların bir hissəsi indiyə qədər istifadə edilməkdədir. Onlar tərəfindən tərtib edilmiş təqvimdən Mərkəzi Amerikadakı digər xalqlar da istifadə edirdilər. Təqribən e.ə. 2000-ci ildən 900-cü illərə qədər inkişafın yüksək səviyyəsinə çatıblar. XVI əsrdə ispan kolonistlərinin gəlişinə qədər mövcud olublar. Amma tarixçilər əmindirlər ki, mayalılar ispanlar gələnə qədər artıq şəhərlərini boşaltmışdılar. Ona görə də Mayalıların süqutu iqlim dəyişikliyi ilə əlaqədar qıtlıq və başqa ərazilərə köçlə bağlı hesab edilir.

Publika.az mayalılar haqqında mövcud olan faktları diqqətinizə çatdırır:

Mayalılar bu günə kimi yaşayır

Böyük bir sivilizasiya olaraq dağılsalar da Mərkəzi Amerikanın bəzi hissələrində onların davamçıları hələ də yaşamaqdadır.

Hamar alın və çəp göz dəbi

Mayalılar körpə uşaqlarının alnına kiçik lövhəni bağlayırdılar ki, onun alnı hamar olsun. Çünki hamar alın kübarlıq əlaməti idi. Kübarlıq rəmzi həmçinin çəpgözlük hesab olunurdu. Ona görə də yeni doğulmuş uşaqların gözü önündən fırlanan əşya asırdılar ki, ona baxmaqla gözləri çəpləşsin.

Tibbi nailiyyətlər

Mayalılar həqiqətən də dövrlərinə görə çox irəlidə idilər. Məsələn, e.ə. bu insanlar dişə plomb qoyur, protezlər hazırlayırdılar. Bundan başqa yaraları da insan saçının tükü ilə tikirdilər.

Qurban vermə

Qədim dövrlərdə dini ayinlərində insanları qurban kəsirdilər. Xoşbəxlikdən bugünkü mayalılar xoruz kəsməklə kifayətlənirlər. Bundan başqa, mayalılar kəsilmiş insan başını top kimi istifadə edirdilər. Onlar oyuna marağı olan xalqdırlar. Uduzan komanda üzvlərinin başı kəsilirdi və top əvəzi istifadə olunurdu. Hazırda da bu oyun “ulama” adlanır, amma uduzanın başı kəsilmir.

Hamam və saunalar

Mayalılar gündəlik hamam yuyunmağından əlavə, bol buğlu saunalar da düzəltdirirdilər. Onlar saunalarda tərləməyi həm orqanizm üçün faydalı hesab edirdilər, həm də axıb gedən tərlə günahlarının çıxdığını düşünürdülər.

Elmi səviyyə

Mayalılar məktublaşmağı sevirdilər. Bu xalqın savadsız nümayəndəsi demək olar ki, yox idi. Mayalılar nəinki dəri məmulatlarına, əllərinə keçən hər şeyə yazırdılar. Hətta divarlara da. Mayalılar sıfır rəqəmini kəşf edərək ondan ilk istifadə ediblər. Onlar həmçinin ədəbiyyata da önəm verirdilər. Təəssüf ki, ispan istilası zamanı bu ədəbi nümunələrin böyük əksəriyyəti məhv olub.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlitarix/200226.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR