Ötən ay 2 mindən çox talassemiya xəstəsi aşkarlanıb

Talassemiya xəstəliyindən əziyyət çəkənlər daim diqqət mərkəzindədir.

Səhiyyə Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, 2017-ci ilin aprel ayına qədər Respublika Talassemiya Mərkəzində dispanser qeydiyyatına 2959 xəstə salınıb. Onlar daimi müşahidə olunurlar. Vəziyyətlərindən asılı olaraq ümumi, müvafiq ya da xüsusi, spesifik müalicə alır və dərman preparatları ilə təmin olunur.

Mərkəzin gündüz stasionarında dispanser qeydiyyatda olan xəstələrdən 976 nəfərinə mütəmadi olaraq eritrositar kütlə köçürülür.

2017-ci ilin üç ayı ərzində Respublika Talassemiya Mərkəzinə 6273 müraciət daxil olub. Bunlardan 603 ilkin müraciət etmiş şəxslərin 72 nəfəri dispanser qeydiyyata götürülüb.

Mərkəzin Hemotologiya şöbəsində 2017-ci ilin 3 ayı ərzində 105 xəstə stasionar müalicə alıb.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR