"PAŞA Həyat"dan ilk addım – ATA-lara həsr olunan VİDEOÇARX

"PAŞA Həyat"dan ilk addım – ATA-lara həsr olunan VİDEOÇARX
11:01 26 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanda ilk dəfə olaraq “PAŞA Həyat Sığorta” şirkəti tərəfindən əhali arasında fərdi həyat sığortasının tanıdılması istiqamətində unikal videoçarx hazırlanıb.

Şirkətin mətbuat katibi Elnur Hüseynquluyevin Trend-ə verdiyi məlumata görə, fərdi həyat sığortasına fokuslanmış videoçarxda insanlara, o cümlədən ailələrə həyat sığortasının nə qədər vacib olması mesajı çatdırılır:

“İstənilən ailənin özünün gələcək planları var. Hər bir ailə başçısının övladının sağlam mühitdə böyüməsi, yaxşı təhsil alması, ali məktəbə qəbul olması, eləcə də onun xoş günü – toyu üçün müəyyən plan və arzuları olur. Təbii ki, bütün bu arzuların həyata keçirilməsində, ailənin bütün yükü ailə başçısı – atanın üzərinə düşür. Lakin atanın bir gün olmadığı halda bütün bu arzuların reallaşması puç olur. Ailə mənəvi sıxıntıdan başqa daha çox maddi sıxıntılarla üzləşir. Maddi problemlər artıqca övladları yaxşı təhsil ala bilmir və ya təhsili yarımçıq qalır, bir sözlə, ailənin planları alt-üst olur”.

E.Hüseynquluyev bildirib ki, Azərbaycan ailələrinin 95%-i ailə başçılarından – atadan asılı olurlar:

"Yəni əksər ailələrdə işləyən, ailəyə qazanc gətirən atalardır. Məhz bu baxıman da belə bir videoçarxın hazırlanmasında əsas məqsədimiz atanın bir gün olmadığı halda belə, ailənin planlarının yarımçıq qalmaması üçün həyat sığortasının nə qədər vacib olduğunu göstərmək, anlatmaqdır. Düşünürəm ki, hər bir ata bu videoçarxı izləməklə ailəsinin xoşbəxt gələcəyi ilə bağlı mühüm qərar verə bilər. “Ailəmin PAŞA Güvənliyi” adlanan bu məhsulu baş ofisimizə (012 942 qısa nömrəsi) müraciət etməklə, eləcə də “AGBank”ın bütün filiallarından əldə etmək olar".


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2759412.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR