“İçerde”-nin fraqmenti YAYIMLANDI: hamı göz yaşına boğuldu - VİDEO

“İçerde”-nin fraqmenti YAYIMLANDI: hamı göz yaşına boğuldu - VİDEO
11:03 26 May 2017
108 Şou
Ölkə mətbuatı
A- A+

“İçerde” serialının 36-cı seriyasının ilk fraqmenti yayımlanıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Show Tv”-də yayaımlanan serialın fraqmentində bir-birinə düşmən olan baş rol ifaçıları Sarpla Mert qardaş olduqlarını öyrənəcək. Azərbaycanda da maraqla izlənilən serialın bu səhnəsi hər kəsi göz yaşlarına boğub. Az qalsın bir-birini öldürməyə hazırlaşan qardaşlara əsl həqiqəti Coşkun söyləyir.

"Show Tv"-də yayımlanan ekran işi 39-cu seriyada izləyiciləri ilə vidalaşacaq.

Qeyd edək ki, reytinqlərdə hər zaman ilk 3-lükdə olan serialda Çağatay Ulusoy, Aras Bulut İynemli, Bensu Soral və Çetin Tekindor kimi məşhurlar rol alıb.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/200232.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR