240 ədəd saxta 100 manatlıq əsginas satarkən tutuldu (FOTO)

240 ədəd saxta 100 manatlıq əsginas satarkən tutuldu (FOTO)
11:15 26 May 2017
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Cəlilabad rayon Polis şöbəsinə rayonun Şıxlar kənd sakini Səfa Qaraşovun saxta pul əskinaslarının satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində S.Qaraşov 240 ədəd saxta 100 manatlıq əsginası satmaq istəyən zaman cinayət başında saxlanılıb.

Onun üzərindən və yaşadığı mənzildən qeyd edilən miqdarda saxta pul əsginasları və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb.

Ekspert rəyi ilə müəyyən edilib ki, aşkar edilən saxta əsginaslar həqiqi pul vəsaitlərindən çətinliklə seçilir.

Saxlanılan şəxs ilkin ifadəsi zamanı əldə etdiyi saxta pulları satmaq niyyəti ilə aldığını etiraf edib.

Qeyd edilən faktla bağlı Cəlilabad RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2759422.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR