FTB Trampın kürəkəni ilə bağlı araşdırmaya başladı

FTB Trampın kürəkəni ilə bağlı araşdırmaya başladı
11:17 26 May 2017
36 Dünya
Ölkə mətbuatı
A- A+

Federal Təhqiqatlar Bürosu ABŞ prezidenti Donald Trampın baş müşaviri və kürəkəni Cared Kuşnerlə bağlı araşdırmaya başlayır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, təhqiqat Amerika liderinin köməkçisinin Rusiya nümayəndələri ilə əlaqəsi ehtimalı ətrafında aparılır.

Bununla belə, qeyd olunur ki, onun haqqında hər hansı cinayət işi açılması və ya digər cəza tədbirləri nəzərdə tutulmur. Araşdırma, sadəcə, C.Kuşnerdə təhqiqat üçün faydalı informasiyaların öyrənilməsi məqsədilə aparılır.

Qeyd edək ki, C.Kuşner D.Trampın qızı İvanka Trampın həyat yoldaşıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/548466.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR