XİN başçısının müavini: "Azərbaycan və Vyetnam arasında ənənəvi dostluq əlaqələri sürətlə inkişaf edir"

XİN başçısının müavini: "Azərbaycan və Vyetnam arasında ənənəvi dostluq əlaqələri sürətlə inkişaf edir"
11:17 26 May 2017
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 may. REPORT.AZ/ Hanoy şəhərində 28 May-Respublika Gününün 99-cu, həmçinin Azərbaycanla Vyetnam arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə həsr olunan rəsmi qəbul keçirilib.
Azərbaycasnın Vyetnamdakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbirdə Vyetnam Prezidenti Administrasiyasının, Nazirlər Kabinetinin, Milli Assambleyanın, Kommunist Partiyasının, Xarici İşlər Nazirliyinin, digər dövlət və hökumət qurumlarının rəsmiləri, Hanoy şəhərində akkreditə olunan diplomatik korpusun nümayəndələri, Azərbaycanın təhsil ocaqlarının vyetnamlı məzunları, mətbuat nümayəndələri iştirak edib. 
Vyetnam tərəfindən tədbirə fəxri qonaq qismində xarici işlər nazirinin müavini Vu Hong Nam qatılıb. 
Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov 1918-ci ildə yaradılan və şərqdə ilk parlament respublikası olan Azərbaycan Demokratik Respublikasının dövlətçilik ənənələrindən söhbət açıb, ADR-in mövcud olduğu 23 ay ərzində daxili və xarici siyasətdə qazandığı böyük uğurlardan danışıb. O, 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyini qeyd edib və suveren Azərbaycan Respublikasının ADR-in hüquqi varisi olduğunu vurğulayıb.
Səfir həmçinin Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti barədə ətraflı məlumat verib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında öz ədalətli həllini tapacağına əminliyini ifadə edib.
Xarici işlər nazirinin müavini Vu Hong Nam Vyetnam hökuməti və xalqı adından Azərbaycan rəhbərliyini və xalqını bu əlamətdar gün münasibəti ilə təbrik edərək, son illər ərzində müxtəlif sahələrdə Azərbaycanın əldə etdiyi çoxsaylı mühüm nailiyyətləri yüksək qiymətləndirdiyini, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən modernizasiya və inkişaf üzrə strateji siyasətin yeni uğur qazanacağına inandıqlarını bildirib.
2017-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının qeyd edildiyini bildirən V.H.Nam son illər ərzində iki ölkə arasında ənənəvi dostluq əlaqələrinin hərtərəfli və sürətlə inkişaf etdiyini qeyd edib, Vyetnam və Azrbaycanın çiyin-çiyinə öz dövlətlərini müdafiə etdiklərini söyləyib. O, hər iki ölkə rəhbərliyinin möhkəm iradəsi və qətiyyəti ilə Vyetnam ilə Azərbaycan arasındakı çoxşaxəli əməkdaşlığın gücləndirilib inkişaf etdiriləcəyinə əminliyini ifadə edib. 
Çıxışlardan sonra tədbir iştirakçılarına Azərbaycanın müstəqilliyin bərpasından sonrakı dövrdə əldə etdiyi uğurları, habelə hərtərəfli inkişafını əks etdirən sənədli film nümayiş etdirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/xi-n-bascisinin-muavini-azerbaycan-ve-vyetnam-arasinda-enenevi-dostluq-elaqeleri-suretle-inkisaf-ed

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR