Gürcüstan paytaxtının əsl siması: olduğu kimi görünməyən Tiflis - FOTO

Gürcüstan paytaxtının əsl siması: olduğu kimi görünməyən Tiflis - FOTO
11:32 26 May 2017
Ölkə mətbuatı
A- A+

"Mixeil Saakaşvilinin dönəmində Tiflisdə yeni və gözəl, maraqlı memarlıq həllinə, üslubuna malik binalar tikilməyə başladı. Həmin binalar Gürcüstanın yeni siması oldu. "Gürcü möcüzəsi"nə baxmaq üçün ölkəyə turistlər axışmağa başladı. Lakin gürcülər bu möcüzəyə hazır deyildilər. Görünür, gözəl binaları tikən memarlar gürcülərə təlimatları verməyiblər. Təlimat olmadansa hər şey tərsinə getdi".

Milli.Az bildirir ki, Rusiyanın ən məşhur bloqerlərindən olan İlya Varlamov Gürcüstanın paytaxtı Tiflis barədə belə yazıb.

Onun sözlərinə görə, Tiflis indi həddən artıq sıx, çirkli, basırıq bir şəhərə çevrilib. Məsələn, İtaliyanın "Studio Fuksas" bürosunun layihəsi əsasında inşa olunmuş Ədliyyə Sarayı (Tbilisi Public Service Hall) baxımsız, çirkli, tozlu vəziyyətdədir.

Tiflisin dəmiryol vağzalı, sanki, böyük bazardır. Küçələrdə maşınlar necə gəldi, harada gəldi saxlanılır. Yeraltı keçidlərin istisnasız olaraq hamısı bazara dönüb.

Eyni situasiya Batumi şəhərində də müşayiət olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/548462.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR