Rusiyada "Transformers" LADA hazırlandı - VİDEO

Rusiyada "Transformers" LADA hazırlandı - VİDEO
11:37 26 May 2017
Ölkə mətbuatı
A- A+

Rusiyada yaşayan Gennadi Koçerga Sergey Koçerga adlı ata və oğul "LADA (VAZ) 2110" model avtomobildən dünyaca məşhur olan "Transformers" filmindəki robotun bənzərini yaradıblar.

Sözügedən robot-avtomobildə filmdə olduğu kimi silah da yerləşdirilib.

Ata Gennadi Koçerga bildirib ki, sözügedən ideya Sinqapura səfər zamanı yaranıb:
"Sinqapura səfər etmişdim. Həmin vaxtı oradan "Transformers" oyuncağı alıb gətirdim. Daha sonra həmin oyuncağa baxaraq, bunu avtomobil üzərində sınaqdan keçirdim. Oğlum Sergeylə təqribən 6 ay sözügedən robot-avtomobilin üzərində çalışdıq. Hesab edirəm ki, kifayət qədər uğurlu alınıb".

Gennadi Koçerga sözügedən robot-avtomobilə "Optimus Gennadieviç Praimov" adı verdiyini söyləyib:

"Hazırladığımız "Transformers"ə maraq böyükdür, hər kəsin diqqətini çəkir. Yəqin ki, gələcək aylarda 2 avtomobilin də robotunu yaratmaq mümkün olacaq". (publika.az)

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Обычную

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/548472.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR