Yaşlı qadının həyatını "iPhone" xilas etdi - FOTO

Yaşlı qadının həyatını "iPhone" xilas etdi - FOTO
11:37 26 May 2017
70 Dünya
Ölkə mətbuatı
A- A+

Üç gün öncə Mançester şəhərindəki arenada törədilən terror zamanı xəsarət alanlardan biri də 45 yaşlı Liza Bricetdir. Şimali İrlandiyalı qadın konsertə qızı və onun dostu ilə birlikdə gəlmişdi.

Milli.Az "Mirror"a istinadla xəbər verir ki, stadionda baş verən partlayış nəticəsində onun bir barmağı qopub. 

Partlayış zamanı qadının həyatını "iPhone"si xilas edib. Belə ki, ona doğru gələn iti uclu metal parçası "iPhone"yə dəyərək başqa istiqamətə yönəlib, barmağını qoparıb və sürəti zəifləyərək yanağında ilişib qalıb.

Əgər qadın telefonu qulağına aparmasaydı, metal parçası onun başını dəlib, öldürəcəkdi.

Qeyd edək ki, Salman Abedi adlı 22 yaşlı liviya əsilli terrorçu üzərinə bağladığı evdə hazılanmış bombanı Mançester Arena ilə qatar stansiyasını arasındakı ərazidə partladıb. Nəticədə 22 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Onlardan 59-u şikəst qalıb.

Terakta görə İŞİD məsuliyyəti öz üzərinə götürüb.

Bəxtiyar Umarlı
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/548454.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR