"Bu da sizə Mançesterə görə!" - Bomba hədiyyəsi - FOTO

"Bu da sizə Mançesterə görə!"  - Bomba hədiyyəsi - FOTO
11:42 26 May 2017
Ölkə mətbuatı
A- A+

"Mançesterdən sevgilərlə", "Bu da sizə Mançesterə görə"...

Britaniya Kral Silahlı Qüvvələrinin Suriyada antiterror əməliyyatlarını həyata keçirən Hərbi-Hava Qüvvələrinin pilotları və texnikləri aviabombaların üzərinə belə yazıblar.

Milli.Az The Guardian-a istinadən bildirir ki, aviabombalar İŞİD-in hədəfə alınmış obyektlərini və canlı qüvvəsini vurmaq üçün nəzərdə tutulub.

Mançester şəhərindəki teraktda 22 nəfər həlak olub.

2-ci Dünya Müharibəsində də bombaların üzərinə belə yazılar yazılırdı.

Ötən il Parisdə İŞİD-in törətdiyi teraktdan sonra Rusiyanın Suriyadakı pilotları aviabombaların üzərinə "Parisə görə!" yazmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/548443.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR