Türkdilli dövlətlər arasında elektron imzanın tanınması ilə bağlı razılıq əldə olunub

Türkdilli dövlətlər arasında elektron imzanın tanınması ilə bağlı razılıq əldə olunub
11:50 26 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) informasiya və kommunikasiya texnologiyaları üzrə işçi qrupunun 2-ci iclası keçirilib.

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundabn Trend-ə verilən məlumata görə, tədbirdə “Elektron hökumət”, “Elektron imza”, peyk xidmətləri, kibertəhlükəsizlik, “Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM)” layihəsi və fiber-optik infrastrukturunun inkişafı mövzularında altqrupların iclasları təşkil olunub. Qeyd olunan sahələrdə əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.

İclaslarda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları iştirak edib.

Ölkəmizin "Elektron hökumət", "Elektron imza" infrastrukturu barədə təqdimatla çıxış edən Məlumat Hesablama Mərkəzi Milli Sertifikat Xidmətləri Mərkəzinin mütəxəssisi Həbib Abbasov sosial xidmətlərin elektronlaşdırılması, sənəd mübadiləsinin avtomatlaşdırılması və elektron imzanın tətbiqi barədə ətraflı məlumat verib. H.Abbasov bildirib ki, Azərbaycanın elektronlaşma sahəsində əldə etdiyi uğurlar elektron imzanın dövlətlərarası tanınmasına imkan verir.

E-hökumət altqrupu təqdimatlar və müzakirələr əsasında mobil tətbiqlər, “bir pəncərə” prinsipi üzrə elektron xidmət təminatı, açıq məlumatlar və s. üzrə təcrübə mübadiləsinin aparılmasını, bununla əlaqədar təlimlərin təşkil olunmasını, ümumi layihələrin hazırlanması üçün hər bir üzv dövlətin elektron hökumət sisteminin araşdırılmasını qərara alıb.

Sonda türkdilli dövlətlər arasında elektron imzanın tanınması məqsədi ilə ilkin şəraitin yaradılması ilə bağlı razılıq əldə olunub. Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan arasında elektron imzanın tanınması üçün tələb olunan məlumatların təmin edilməsi məqsəd olaraq qarşıya qoyulub.

Həmçinin müzakirələr əsasında şuraya üzv dövlətlər arasında ortaq elektron xidmətlərin hazırlanması müzakirə olunub.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2759445.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR