Vərəm dispanserində baş verən biabrçılığa Nazirlikdən AÇIQLAMA

Vərəm dispanserində baş verən biabrçılığa Nazirlikdən AÇIQLAMA
11:57 26 May 2017
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyan Rayonu Vərəm Dispanserinin xəstəsi Coşqun Nuriyev bildirib ki, xəstəxanada onlara normal yemək verilmir.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə Nuriyev Kanal 13-ə şikayət məktubu göndərib. O, bildirib ki, gündəlik onlara çörək və süddən başqa heç nə verilmir. Şikayətçi xəstəxanada baş verənləri kameraya çəkərək kanala göndərib.  
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məsələ ilə bağlı Kanal13-ə açıqlama verərək deyilənlərin həqiqəti əks etdirmədiyini bildirib.
 
"Onlara dövlət tərəfindən hər cür şərait yaradılıb. Xəstələr həm dərman maddələri, həm də qida ilə təmin olunurlar".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/548487.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR