“Kəpəz” 3 legioner ilə vidalaşdı

“Kəpəz” 3 legioner ilə vidalaşdı
12:47 26 May 2017
54 İdman
Ölkə mətbuatı
A- A+

Mövsümlərarası fasilədə transfer çalışmalarını davam etdirən “Kəpəz” yerli oyunçular ilə yanaşı, legionerlərlə də bağlı seçimə diqqət ayırır. Fanat.Az xəbər veirr ki, Gəncə klubu ötən mövsüm komandanın heyətində çıxış etmiş 3 futbolçu ilə başa çatmış müqaviləni uzatmayıb. 


Kamerunlu hücumçu Julien Ebah, portuqaliyalı yarımmüdafiəçi Serjio Kosta və litvalı qolkiper Tadas Simaitis ilə yollar ayrılıb. Müqaviləsi başa çatan və digər klublardan daha sərfəli təkliflər alan Dario Frederikonun “Kəpəz”dən gedişi məsələsi hələ öncədən məlum idi.


“Kəpəz” rəhbərliyi bu futbolçulara komandadakı xidmətlərinə görə minnətdarlığını bildirib, gələcək karyeralarında onlara uğurlar arzulayıb.


Klub rəhbərliyi son mövsümdə komandanın şərəfini qoruyan Renan Alvesin xidmətlərində isə yenidən maraqlıdı. Odu ki, yeni anlaşma əldə etmək üçün braziliyalının agenti ilə danışıqlar davam edir. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-kpz-3-legioner-il-vidalad-t58344.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR