Fələstinli milyarderin məşhur qızı dekolte və yarığı növbəti dəfə nəfəs kəsdi – FOTOLAR

Fələstinli milyarderin məşhur qızı dekolte və yarığı növbəti dəfə nəfəs kəsdi – FOTOLAR
12:48 26 May 2017
Ölkə mətbuatı
A- A+

Dünya şöhrətli model Bella Hadinin dünən Kann Festivalı çərçivəsində “amfAR” xeyriyyə gecəsinə geyindiyi libası ilə yenə gündəm yaradıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bədənini böyük məmnuniyyətlə nümayiş etdirən model gecəyə kristallarla işlənmiş ultraseksual şəffaf libasda gəlib. \O, “Ralph & Russo” markasına aid olan paltarıyla bütün ulduzları kölgədə qoyub.

Şəffaf tülün üzərini bəzəyən gümüşü naxışlar və muncuq dənələri fantaziya üçün yer qoymayıb və modelin qaralmış dərisi açıq şəkildə görünüb. Sehrli paltarı Bella zərif, üstü açıq gümüşü bosonojkalarla tamamlayıb. Geyim özü kifayət qədər parıltılı olduğu üçün model aksessuarlardan imtina edib. Sadə makiyaja üstünlük verən Hadid saçını sıx toppuz yığıb.

Qeyd edək ki, model fələstin əsilli və amerikalı multimilyoner Məhəmməd Hadidin qızıdır.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/deb/200246.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR