BMT Yəmənə humanitar yardım məqsədilə ianə verdiyi üçün Azərbaycana təşəkkür edib

BMT Yəmənə humanitar yardım məqsədilə ianə verdiyi üçün Azərbaycana təşəkkür edib
12:52 26 May 2017
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 may. REPORT.AZ/ BMT Yəmənə humanitar yardım göstərilməsi məqsədilə ianə verdiyi üçün Azərbaycana təşəkkür edib.
"Report" xəbər verir ki, bu barədə BMT baş katibinin sözçüsü Stefan Düjarrik Nyu-Yorkda BMT-nin mənzil-qərargahında gündəlik brifinq zamanı bildirib.
O, Yəmənə humanitar yardım göstərilməsi üzrə öhdəliklərini tam həyata keçirən ölkələrə təşəkkür edib.
Yəmənə yardım üçün dəstək olanlar arasında Azərbaycan, Rusiya və ABŞ var.
S.Düjarrik qeyd edib ki, ABŞ eyni zamanda Yəməndə aclıqla mübarizə üçün daha 77 milyon dollar ayıracağını bəyan edib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/bmt-yemene-humanitar-yardim-meqsedile-iane-verdiyi-ucun-azerbaycana-tesekkur-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR