Yəməndə atışma nəticəsində iki jurnalist ölüb, ikisi yaralanıb

Yəməndə atışma nəticəsində iki jurnalist ölüb, ikisi yaralanıb
12:52 26 May 2017
71 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 may. REPORT.AZ/ Yəməndə qiyamçılarla hökumət qüvvələri arasında baş verən atışma nəticəsində 2 fotojurnalist ölüb, ikisi isə yaralanıb.
“Report” “Sky News Arabia” telekanalına istinadən xəbər verir ki, jurnalistlər Yəmənin Taiz şəhərindən şərqdə atışmaya düşüblər.
Qeyd edək ki, 2015-ci ilin yazından Yəməndəki silahlı münaqişə nəticəsində 10 min dinc sakin, o cümlədən təxminən 2,4 min uşaq və 2 min qadın ölüb. Bu müddətdə 18,5 min dinc sakin isə yaralanıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/yemende-atisma-neticesinde-iki-jurnalist-olub-ikisi-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR