Məşhur fahişəxanada İNANILMAZ ANLAR: 10 kişi, 30 qadın və... - FOTOLAR

Məşhur fahişəxanada İNANILMAZ ANLAR: 10 kişi, 30 qadın və... - FOTOLAR
12:53 26 May 2017
118 Digər
Ölkə mətbuatı
A- A+

Amerikanın Las-Veqas şəhərində üzümaskalı bir şəxs sürdüyü yük maşınını “Ümumi ev”ə (fahişəxana) çırpıb.

Publika.az “Associated Press”ə istinadən məlumat verir ki, CatHouse realiti-şousundan məşhurlaşmış Moonlite Bunny Ranch fahişəxanasında həmin vaxt 10 müştəri, 30 qadın və 5 işçi olub. İnsanlar xəsarət almasalar da fahişəxanaya 400 min dollar ziyan dəyib.

Yerli polisin məlumatına görə, Brayan Brandt adlı 40 yaşlı sürücü artıq saxlanılıb. Onun niyə belə etdiyi dəqiq bilinmir, sadəcə sürücünün psixoloji problemləri olduğu məlumdur. O, buna qədər də davranışına görə əvvəlki iş yerindən qovulub. Fahişəxanaya çırpdığı yük maşınını isə terminaldan oğurlayıb. Maşının içi sahiblərinə çatacaq əşyalarda doluymuş.

Qeyd edək ki, Las-Veqas, ümumilikdə Nevada ştatı Yeni Orleandan sonra ən çox “Ümumi ev”ləri olan ştatdır. Nevadanın digər ştatdan fərqi isə buradakı fahişəxanaların lüks olması, sahiblərinin isə tanınmış iş adamları olmasıdır. Adı çəkilən fahişəxana sahibi Dennis Hof bundan başqa Love Ranch adlı “Ümumi ev”in sahibidir. Love Ranch da mediaya yaxşı tanışdır. Çünki 2015-ci ildə keçmiş basketbolçu Lamar Odom orada huşsuz vəziyyətdə tapılmışdı.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/200247.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR