Təhsil Nazirliyi: Zəif nəticə göstərən müəllimlərin ixtisarı qaçılmazdır

Təhsil Nazirliyi: Zəif nəticə göstərən müəllimlərin ixtisarı qaçılmazdır
13:02 26 May 2017
1800 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 may. REPORT.AZ/ "Bu il kifayət qədər, yəni 6000-dən çox vakant müəllim yerləri olacaq".
"Report" xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov müəllimlərin yerdəyişməsi ilə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, bu il diaqnostik qiymətləndirmədə zəif nəticə göstərən müəllimlərə də şans veriləcək: "Diaqnosik qiymətləndirmə zamanı zəif nəticə göstərən müəllimlərin bir qismi təlimlərə cəlb ediləcək, onlara nəticələrin yaxşılaşdırılması üçün şans veriləcək. Lakin bununla yanaşı qiymətləndirmədə kifayət qədər zəif nəticə göstərən müəllimlər var ki, onlar məktəblərdən ixtisar olunacaq. Çünki başqa yol görünmür. İstəyirik ki, təhsil mühiti yüksək bilikli, savadlı, bacarıqlı müəllimlər işlə təmin olunsun".
C.Valehov əlavə edib ki, zəif nəticə göstərən müəllimlərin ixtisarı qaçılmazdır
Müəllimlərin yerdəyişmə prosesi 26 may – 15 iyun tarixlərində təşkil ediləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/tehsil-nazirliyi-en-zeif-netice-gosteren-muellimlerin-ixtisari-qacilmazdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR