İran neft hasilatını 32% artırmaq niyyətindədir

İran neft hasilatını 32% artırmaq niyyətindədir
13:02 26 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 26 may. REPORT.AZ/ İran yaxın 5 il ərzində neft hasilatını artıraraq 5 mln. barel/günə çatdırmaq niyyətindədir. "Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı İranın neft naziri Bican Zəngane verib.
"Reuters" agentliyinə müsahibə verən nazir bildirib ki, hasilatın artması yeni yataqların inkişaf etdirilməsi və cari obyektlərdə texnologiyanın modernizasiyası sayəsində təmin ediləcək. Xatırladaq ki, Zənganenin aprel ayının sonunda verdiyi xəbərə görə, İran hazırda 3,8 mln. barel/gün neft hasil edir. Göründüyü kimi, İran gündəlik neft hasilatını 31,6% artırmaq niyyətindədir.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/i-ran-neft-hasilatini-32-artirmaq-niyyetindedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR