Şok kadrlar: ayını vurmaq istədi, canını güclə qurtardı - VİDEO - FOTO

Şok kadrlar: ayını vurmaq istədi, canını güclə qurtardı - VİDEO - FOTO
13:05 26 May 2017
Ölkə mətbuatı
A- A+

"Onun qəflətən peyda olması məni çaş-baş qoydu. Əsla gözləmirdim. Üstəlik, hücuma da keçdi".

Kanadanın Ontario vilyətindəki Hörst şəhərində yaşayan Riçard Uesli Fayr River çayının sahilində əlində kaman və ox dolaşırdı. O, kiçik quş ovuna çıxmışdı.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, bu zaman təxminən 35 metr aralıda qara ayı peyda olub. Ayı qaçaraq Uesliyə yaxınlaşmağa başlayıb.

Uesli yırtıcını qorxutmaq üçün ayağa durub, qışqırıb, bağırıb.

Lakin ayı Uesliyə çatıb və onun üzərinə atılıb.

Möcüzə nəticəsində Uesli sağ qalıb.

O, baş vermiş olayın GoPro kamerası ilə çəkilmiş videosunu YouTube-da paylaşıb.

"Ayı, deyəsən, tox idi. Onun məqsədi məni parçalamaq yox, qorxudub qovmaq imiş. Pəncəsi ilə məni vurub yıxandan sonra getdi. Yanımda tüfəng olsaydı, onu vurardım", - 54 yaşlı Riçard Uesli deyib.

Şimali Amerikada təqribən 600 min qara ayı yaşayır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Şok kadrlar: ayını vurmaq istədi,canını güclə qurtardı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/548438.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR